Azərbaycan 43 nəfərə qaçqın statusu verməkdən imtina edib
07 mart 2016 14:12 (UTC +04:00)

Azərbaycan 43 nəfərə qaçqın statusu verməkdən imtina edib

 
 
Azərbaycanda ötən il ərzində 9 nəfərin qaçqın statusu ləğv edilib. Bununla da ölkədə qaçqın statusu alaraq yaşayanların sayı 63 nəfərə enib.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2015-ci il üzrə fəaliyyəti barədə hesabatda bildirilir.

 

Hesabatda qeyd olunur ki, ötən il ərzində 146 əcnəbi (ailə üzvləri ilə birlikdə 255 nəfər) qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib. 121 əcnəbiyə qaçqın statusunun verilməsi barədə vəsatətlərin təmin olunmamasına, 43 əcnəbi haqqında isə qaçqın statusunun verilməsindən imtina edilməsinə dair qərarlar qəbul edilib.

 

Hazırda 6 əcnəbinin (ailə üzvləri ilə birlikdə 14 nəfər) vəsatəti icraatdadır. 2015-ci il ərzində Azərbaycanda müraciət edənlərdən heç birinə qaçqın statusu verilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 297
avatar

Oxşar yazılar