Azay Quliyev Türkiyə səfiri ilə görüşüb
30 aprel 2014 16:41 (UTC +04:00)

Azay Quliyev Türkiyə səfiri ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Türkiyənin fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun ilə görüş keçirilib. Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfir iki ölkə rəhbərlərinin siyasi iradəsi və səyləri nəticəsində Azərbaycanla Türkiyə arasında olan münasibətlərin bütün sahələr üzrə inkişaf etdirilərək strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini və bunun dünyaya müttəfiqlik örnəyi olduğunu vurğulayıb. Azərbaycanın beynəlxalq münasibətlər sistemində daim artan gücü ilə Türkiyənin ən böyük arxası, dəstəyi olduğunu deyən səfir İsmail Alper Coşkun ictimai sektorun və şuranın fəaliyyəti ilə də yaxından maraqlandıqlarını qeyd edib.

 

 


Şuranın xarici QHT-lər üçün qrant proqramı çərçivəsində ötən il 4 Türkiyə təşkilatının layihəsinin maliyyələşdirildiyini bildirən Azay Quliyev bunların hər biri ilə bağlı səfirə ətraflı məlumat verib. İki dövlətin icraedici strukturları və parlamenti arasında yüksək səviyyədə münasibətlərin olmasına rəğmən vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın səviyyəsinin qaneedici olmadığını bildirib.

 

Şura sədri Azərbaycan və Türkiyə arasında QHT sahəsində Anlaşma Memorandumunun imzalanması, iki ölkənin vətəndaş cəmiyyətlərinin I forumunun keçirilməsi və ortaq layihələrin dəstəklənməsi ilə bağlı təkliflərini səsləndirib.
 

Səfir verilən təklifləri müsbət qarşıladığını və səlahiyyətləri çərçivəsində onların reallaşmasına yardım edəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686

Oxşar yazılar

Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34
Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI

Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI

13 iyul 2025 , 14:29