Azay Quliyev ATƏT-in Bakı ofisinin rəsmisi ilə görüşdü
11 iyun 2013 18:37 (UTC +04:00)

Azay Quliyev ATƏT-in Bakı ofisinin rəsmisi ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ATƏT-in Bakı ofisinin rəhbərinin müavini Monika Martinezlə görüşüb. Bu barədə Lent.az-a Şuradan məlumat verilib.

Görüşdə  M. Martinez “İctimai birliklər və fondlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı ATƏT-in Bakı ofisinin qeyd və təkliflərini təqdim edib.

A.Quliyev “İctimai birliklər və fondlar haqqında” qanunla əlaqədar Şuraya hər hansı bir rəsmi təklifin daxil olmadığını və Milli Məclisdə bu məsələnin hazırda müzakirə edilmədiyini bildirib. Daha sonra ATƏT və Şura arasında əməkdaşlıq imkanlarının artırılması ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480
avatar

Oxşar yazılar