AZAL-ın Nizamnaməsi dəyişdi
24 iyun 2013 12:51 (UTC +04:00)

AZAL-ın Nizamnaməsi dəyişdi

Nazirlər Kabineti “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişikliklər edib.

 

Lent.az-ın verdiyi məlumata görə, indiyə qədər AZAL şəffaflığın təmin edilməsi üçün illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hər maliyyə ili bitdikdən sonra 4 aydan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə, həmçinin AZAL-ın xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı mətbu orqanda dərc etdirməyə borclu olub.

 

İndi isə mətbuat orqanında dərclə bağlı tələb ləğv olunub. AZAL şəffaflığın təmin edilməsi üçün illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra 4 aydan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə, həmçinin AZAL-ın xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı qanunla müəyyən edilmiş qaydada dərc etdirməyə borcludur.

 

Bu vaxta qədər AZAL mühasibat uçotunu təşkil edib, tabeliyində olan qurumların rüblük və illik maliyyə hesabatına və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına baxıb, icmallaşdırıb və təsdiq edib, maliyyə-təsərrüfat fəaliyyəti barədə ümumi hesabat, balans tərtib edib və müəyyən edilmiş qaydada təqdim edib. İndi isə AZAL mühasibat uçotunu təşkil edəcək, tabeliyində olan qurumların rüblük və illik maliyyə hesabatlarına baxacaq və təsdiq edəcək, AZAL üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edərək qanunvericilik aktlarının tələblərinə uyğun olaraq təqdim edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 782
avatar

Oxşar yazılar