Son günlər medianın gündəmini zəbt edən Lamiyə Quliyeva olayında adı hallanan Şəmkirin keçmiş icra başçısı Aslan Aslanov danışıb.
Lent.az-ın məlumatına görə, Aslan Aslanov ANS-ə açıqlamasında bildirib ki, bu işdə adının hallanmasını istəmir və övlad itirən valideyin kimi spekuliyasiyalardan təssüf keçirir: "Xahiş edirəm ki, bizim yaramızı təzələməyin. Mənim oğlumu həmin şəxslər qrup halında qətlə yetiriblər. 11 il əvvəl olmuş hadisəni indi şişirdərək mətbuatda mənim adımı hallandıraraq sifarişlə yazı yazırlar. Vüqar Əliyev və Lamiyə Quliyevanın yaxınlarını həbsi üçün sifariş verməyim, onların həbsinin uzadılması üçün təzyiq etməyim. Bu barədə yazılanlar təxribatdır və mənim bu işlə heç bir əlaqəm yoxdur. Mən YAP-ın Siyasi Şurasının üzvüyəm, dövlətçiliyə xidmət, onun qanunlarına riayət edirəm”.