ARDNŞ Türkiyənin media qurumları ilə danışıqlar apardığını təsdiqlədi
25 aprel 2013 10:35 (UTC +04:00)

ARDNŞ Türkiyənin media qurumları ilə danışıqlar apardığını təsdiqlədi

ARDNŞ ölkə daxilində və xaricdə regional və qlobal əhəmiyyətli irimiqyaslı strateji layihələr həyata keçirir.

 

ARDNŞ-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin investisiya layihələrinin mühüm hissəsi Türkiyədə icra olunur.

 

İzmirdə yeni neft emalı zavodunun inşası, TANAP qaz kəməri, ARDNŞ-in xaricdəki ən böyük aktivi olan “Petkim” Neft-Kimya Kompleksində limanın genişləndirilməsi və konteyner limanı, yeni elektrik stansiyasının layihələndirilməsi  yaxın 10 il ərzində Şirkətin Türkiyədə həyata keçirəcəyi iri sərmayə tutumlu meqa-layihələrdir. ARDNŞ-in təsisçiliyi ilə yaradılmış “SOCAR-Media” İctimai Birliyi bütün bu işlərin həyata keçirilməsinin təbliği və dəstəklənməsi məqsədi ilə Türkiyədə fəaliyyət göstərən müxtəlif media qurumları ilə əməkdaşlıq haqqında danışıqlar aparır. Əməkdaşlığın müxtəlif formaları nəzərdə tutulur. Hazırda danışıqlar davam etdirilir. Hər hansı bir media qrupu ilə danışıqlarda konkret nəticələr əldə olunduqda bu haqda Azərbaycan ictimaiyyətinə məlumat veriləcək.                               

 

Qeyd edək ki, dünən “Hürriyet” qəzeti ARDNŞ-in Türkiyənin “Star” Media Qrupunun alınması barədə yekun razılığın əldə olunduğu barədə məlumat yayıb. Qrupa “Star” qəzeti və “Kanal 24” telekanalı daxildir. “Rixos” otellər zəncirinin sahibi və “Star” Media Qrupunun ortağı Fettah Tamince 10 gün əvvəl satışla bağlı ARDNŞ-lə müzakirəyə başladıqlarını açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1010
avatar

Oxşar yazılar