ARDNŞ 2013-cü ilin fevral ayı üzrə ödənişləri barədə məlumat yayıb. Şirkətdən Lent. az-a verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2013-cü ilin fevral ayında dövlət büdcəsinə 132 milyon 285 min manat vəsait ödəyib.
Bu göstərici ötən ilin fevral ayına nisbətən 40 milyon 332 min manat və ya 143,9 faiz çox olub. Ümumiyyətlə, 2013-cü ilin yanvar-fevral aylarında büdcəyə 266 milyon 516 min manat ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 70 milyon 702 min manat və ya 136,1 faiz çox olub.
Bundan əlavə, cari ilin fevral ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 400 min manat vəsait köçürüb ki, bu da ötən ilin fevral ayına nisbətən 129 min manat və ya 101,1 faiz çox olub. Ümumiyyətlə, 2013-cü ilin yanvar-fevral aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 24 milyon 167 min manat təşkil edib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 449 min manat və ya 101,9 faiz çox olub.

ARDNŞ: Rəqəmlərlə
Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40