“ANS TV-də ixtisarların aparılması ilə bağlı yazılan məlumatlar həqiqəti əks etdirmir”. Bunu Lent.az-a açıqlamasında ANS TV-in ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov bildirib. Onun sözlərinə görə, ANS-də ixtisarların olması ilə bağlı xəbərlər şayiədən başqa bir şey deyil: “Hamı öz işindədir”
Qeyd edək ki, aznews-da ANS TV bölgələrdəki müxbir və operatorlarını işdən azad edilməsi barədə xəbər yayılmışdı. Məlumatda qeyd olunurdu ki, ANS TV-nin Göyçay muxbiri Günel İsayeva, operator Təbriz Hacıyev, Qazax üzrə muxbiri Vasif Abdıyev və operator Rəşad Əlisgəndərli, Cəlilabad bürosunun muxbiri Rəhman Məlikov və 13 ildən çox bu tv-də çalışan opertaor İlqar Mustafayev, Şirvan şəhəri üzrə müxbiri Nəriman Məmmədov və operator Fərid Əliyev işdən çıxarılıb.