ANS Şirkətlər Qrupu müxtəlif vaxtlarda şirkətin imicinə xələl gətirən yazılar dərc etdiyinə görə bir sıra kütləvi informasiya vasitələri ilə bağlı qaldırdığı məhkəmə iddialarını geri çağırıb. Lent.az-ın məlumatəna görə, şirkət rəhbərliyi hüquq departamentinin simasında bu addımını onunla əsaslandırıb ki, həmin mətbuat orqanlarının bəziləri artıq ANS-ə buraxılmış səhvlərin anlaşılmazlığın nəticəsi olduğunu etiraf edib, bəziləri isə yol verilmiş xətaları bilərəkdən etmədiklərini və bununla əlaqədar ANS-in mövqeyini dərc etməyə hazır olduqrını bildirməklə ANS-in onlara qarşı irəli sürdüyü iddiaları təmin etmiş olublar.
Bütün bunları nəzərə alan ANS mətbuatla bağlı məhkəmə iddialarını geri götürmək haqqında qərar qəbul edib. Şirkətlər Qrupunun Hüquq Departamentindən anspress-ə bildiriblər ki, ANS bu addımı atmaqla mətbuat nümayəndələrinin bundan sonra məlumatla daha korrekt davranacağına ümid edir və inanır ki, jurnalistlər yoxlanılmamış, həqiqətə uyğun omayan informasiyalar yaymamaqla nə özlərinə, nə də başqalarına problem yaradacaqlar.
Bu addımı isə mətbuat və cəmiyyət düzgün anlamalı, kütləvi informasiya vasitələri isə xoş məramlı bu hərəkətdən dürüst nəticə çıxarmalı, öz fəaliyyətlərində daha məsuliyyətli və peşəkar olmalıdır.

ANS açıqlama yaydı
Oxşar yazılar

İmtahanda 96 toplayan şagird attestatda 3 alıb - Məktəb qiymətlərinin uyğunsuzluğu mübahisə yaratdı
1 iyul 2025 , 16:13
Dünyada ən məşhur ad AÇIQLANDI
1 iyul 2025 , 15:43
2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilmədi
1 iyul 2025 , 14:45
Azərbaycanda ucuz kondisioner bazarı – onları yataq otağına qoymayın
1 iyul 2025 , 14:09
Uşaqlı qadınlara əlavə məzuniyyət verilir? - CAVAB
1 iyul 2025 , 13:39
Sabah çimərliklərdə 25 dərəcə isti olacaq
1 iyul 2025 , 13:24
Günəşdə yanmısınızsa, ağrını tez bir zamanda yüngülləşdirməyin 3 ÜSULU
1 iyul 2025 , 13:09