Amnistiya Aktının icrasına başlanıb
10 may 2013 18:44 (UTC +04:00)

Amnistiya Aktının icrasına başlanıb

Amnistiya Aktı 74 hərbi qulluqçuya tətbiq edilib

 

Respublika Hərbi Prokurorluğunda Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Milli Məclis tərəfindən qəbul edilmiş Amnistiya Aktının icrasına başlanıb.

 

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Amnistiya Aktı Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi cinayətlərə görə məhkum olunmuş 74 hərbi qulluqçuya tətbiq edilib. Barələrində amnistiya aktı tətbiq edilən şəxslərə bu aktın humanist mahiyyəti çatdırılmaqla gələcəkdə qanunazidd hərəkətlərə yol verməmələri barədə Hərbi Prokurorluğun əməkdaşları tərəfindən onlarla fərdi söhbətlər aparılıb.

 

Hazırda Amnistiya Aktının icrası davam etdirilir.

 

Qeyd edək ki, Amnistiya Aktı haqqında qanun layihəsi Milli Məclisə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən təqdim olunub. Milli Məclis Amnistiya Aktını mayın 7-də qəbul edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1514
avatar

Oxşar yazılar