Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə "Thomson Reuters" Agentliyinin nümayəndələrini qəbul edib. Bu barədə Lent. az-a AMEA-dan məlumat verilib. Görüşdə Azərbaycan alimlərinin dünyada elmi informasiya institutu kimi məşhur olan xarici şirkətlə əməkdaşlıq təcrübəsinin artırılması imkanları müzakirə edilib. AMEA rəhbəri bildirib ki, Azərbaycan elmi ictimaiyyətinin sözügedən qlobal elmi bazaya çıxış təcrübəsi o qədər də ürəkaçan deyil. Təcrübənin azlığı ölkə alimlərinin elmi nailiyyətlərinin müəyyən qədər kölgədə qalmasına və beynəlxalq elm ictimaiyyətinə lazımi səviyyədə çatdırılmamasına gətirib çıxarıb.
"Thomson Reuters"in strateji əməkdaşlıq üzrə meneceri Filip Pörnel və departament rəhbəri Şahruz Şarifrazi Bakıya İnformasiya Texnologiyaları İnstitutunda təşkil olunmuş “Azərbaycanın qlobal elmi bazaya çıxışı” mövzusunda seminarla əlaqədar gəldiklərini qeyd ediblər.
Bütün bu təşəbbüslərin rəsmiləşdirilməsi və reallaşdırılması məqsədi ilə "Thomson Reuters"in rəhbərliyini Azərbaycana dəvət etmək, bu işləri respublika hökumətinin dəstəyi ilə planlaşdırmaq məqsədəuyğun hesab edilib.