“Azərbaycan Milli Elmlər Akademiyasında yeni elmi qurumlar yaradılmalıdır”.
Bunu bu gün keçirdiyi mətbuat konfransında AMEA prezidenti Akif Əlizadə söyləyib.
Akif Əlizadə deyib ki, AMEA-da yeni Neft İnstitutunun yaradılması nəzərdə tutulub: “Azərbaycan neft diyarıdır, belə bir institut olmalıdır. Hazırda bu məsələyə Prezident Administrasiyasında baxılır”.
O bildirib ki, Azərbaycanda Xəzər Mərkəzi də yaradılmaq üzrədir: “Prezident sərəncam verib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və AMEA hazırda bu Mərkəzin yaradılması ilə məşğuldur”.
Akif Əlizadə qeyd edib ki, Azərbaycanda şərqşünaslıq inkişaf edib: “Hazırda Azərbaycan müstəqil dövlətdir və Şərqlə bərabər, Qərbi də öyrənməlidir. AMEA-da bu istiqamətdə qurum yaradılması ilə bağlı niyyətimiz də var’.