Akademiyada yeni institutlar yaradıla bilər
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Kimya, Yer və Biologiya və Tibb Elmləri Bölmələrinin ümumi yığıncağı keçirilib. Bu barədə Lent.az-a Akademiyadan məlumat verilib.
Toplantıda AMEA-nın prezidenti, məsələyə aidiyyatı olan elmi müəssisə və digər təşkilatlarının rəhbərləri, alim və mütəxəssislər iştirak edib. İclasda akademiyada magistratura sisteminin yaradılması, kadr problemi, gənc mütəxəssislərin doktoranturadan hərbi xidmətə çağırılması, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması məsələləri ətrafında müzakirələr aparılıb. Bölmələrin fəaliyyətləri ilə əlaqədar, AMEA nəzdində Geofizika, Ətraf mühitə aid institutların yaradılması və s. təklif və tövsiyələr irəli sürülüb.