Qafqaz Müsəlmanları İdarəsində (QMİ) axund və imamlar üçün “Xütbə nümunələri” kitabının təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov iştirak edib.
Tədbiri açan A.Paşazadə qeyd edib ki, belə bir kitabın hazırlanması vacib idi: “Bəzən bizə şikayət edirlər ki, məscidlərdə xütbələr təkrarlanır. Bunun qarşısını almaq üçün tövsiyə xarakterli yeni kitab hazırlamaq qərarına gəldik. Bu kitab məcburi deyil. Dindarlarımız onu təkmilləşdirə, yeni xütbələrlə bağlı bizə müraciət edə bilərlər. Biz də gələcəkdə kitab hazırlayanda bunları nəzərə alarıq”.
Şeyx onu da qeyd edib ki, müasir dövr din xadimlərimizin dərin dini və dünyəvi biliklərə yiyələnməsini zəruri edir: “Moizə və xütbələr din xadimindən bütün daxili potensialını səfərbər etməsini, məsələyə yaradıcı yanaşmasını tələb edir. Əminəm ki, din xadimlərimiz bu vəsaitdən bəhrələnərək, öz xütbələrini daha yüksək səviyyədə dindarlarımıza çatdırmağa nail olacaqlar”.

Allahşükür Paşazadə: “Bəzən bizə şikayət edirlər ki...”
Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46