"Mən prezidentlə görüşdüm və görüşdə alimlərimizin mənzil məsələsini müzakirə etdik”.
Lent.az-ın verdiyi məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) gənc alimlərin ümumi yığıncağında AMEA prezidenti Akif Əlizadə söyləyib.
Akif Əlizadə deyib ki, prezident İlham Əliyev alimlərimizin mənzil problemi ilə bağlı onun təklifinə müsbət yanaşıb: “Hazırda Prezident Administrasiyasında bu məsələyə baxılır. Ola bilsin ki, AMEA-ya məxsus olan torpaqlarda bir neçə bina tikildi. Prezident İlham Əliyev hər zaman AMEA-ya kömək etməyə hazırdır”.
Akif Əlizadə bildirib ki, maaşı artırmaqla yanaşı, elmi işlə də məşğul olmaq lazımdır: “AMEA-da 10 min adam çalışır. Alimlərin maaşını 20 faiz artırmaqla nə isə əldə etmək olacaqmı? Bu, sizi qane edəcəkmi? Xeyr!”.