Ali təhsil müəssisələrinə qabiliyyət imtahanları başladı
18 iyul 2013 10:06 (UTC +04:00)

Ali təhsil müəssisələrinə qabiliyyət imtahanları başladı

 

 

Bu gündən 2013-2014-cü tədris ili üzrə ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə qabiliyyət imtahanları başlayıb. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qabiliyyət imtahanları iyulun 18-dən avqustun 12-dək davam edəcək.

 

 

İyulun 18-dən 24-dək musiqi sənəti, təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanları keçiriləcək. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər müsabiqə şərtini ödədikləri halda III ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.

 

 

Memarlıq və dizayn istiqaməti üzrə qabiliyyət imtahanları iyulun 25-dən avqustun 1-dək, idman istiqaməti üzrə qabiliyyət imtahanları isə iyulun 31-dən avqustun 12-dək keçiriləcək. Kolleclərə qabiliyyət imtahanları isə avqustun 5-dən 13-dək olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795
avatar

Oxşar yazılar