Nazirlər Kabineti “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında dəyişiklik edilib.
Lent.az-ın “Azərbaycan” qəzetinə istinadən məlumatına görə, dəyişikliyə əsasən, qərarın 1-ci hissəsində “səviyyəsində” sözü “və tibb təhsili üzrə əsas təhsil səviyyələrində”, 2-ci hissəsində “(rezidentura) səviyyəsində” sözləri “və rezidentura səviyyələrində”, 3-cü hissəsində “(rezidentura)” sözü “, tibb təhsili üzrə əsas təhsil və rezidentura” sözləri ilə əvəz edilib.
Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı”nın adında “səviyyəsində” sözü “və tibb təhsili üzrə əsas təhsil səviyyələrində” sözləri ilə əvəz olunub.
Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura (rezidentura) səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı”nın adında “(rezidentura) səviyyəsində” sözləri “və rezidentura səviyyələrində” sözləri ilə əvəz edilib.
Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları” üzrə: 6.1. adında, 1.1-ci, 4.1-ci, 4.2-ci bəndlərində, 1 və 2 nömrəli əlavələrinin yuxarı sağ küncündə “(rezidentura)” sözü “, tibb təhsili üzrə əsas təhsil və rezidentura” sözləri ilə əvəz olunacaq.