“İpoteka kreditləri vasitəsi ilə gənc alimlərin mənzillə təminatı gündəmdədir”.
Lent.az-ın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında AMEA prezidenti Akif Əlizadə söyləyib.
Akif Əlizadə bununla bağlı proqramların hazırlanmaqda olduğunu bildirib. Onun sözlərinə görə, dövlət başçısı tərəfindən AMEA-ya 10 milyon manata qədər vəsait ayrılıb və institutlarda maddi-texniki baza qurulur: “Dövlət başçısına müraciət etdik və AMEA-ya əlavə 0,5 milyon manat vəsait də ayrıldı. Bu vəsait hesabına diplom müdafiəsi ərəfəsində olan gənclərimiz Avropada müasir avadanlıqlardan istifadə edə bilirlər”.
Akif Əlizadə bildirib ki, Beynəlxalq Elmi Laboratoriya yaradılmalıdır: “Belə laboratoriyalar digər dövlətlərlə birgə yaradılmalıdır. Bu istiqamətdə YUNESKO ilə də danışıqlar aparırıq. Beynəlxalq aləmə inteqrasiya ilə bağlı elektron elm layihəsi də həyata keçirilir”.