Ağstafada tapılan donuz cəmdəklərində bakterioloji çirklənmə aşkarlandı
21 yanvar 2016 15:52 (UTC +04:00)

Ağstafada tapılan donuz cəmdəklərində bakterioloji çirklənmə aşkarlandı

Ağstafa rayonunun Poylu kəndində 3 baş kəsilmiş donuz cəmdəyindən götürülmüş nümunələrin nəticələri məlum olub. Kənd Təsərrüfatı Nazirliyiyanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis vəzifəsini müvəqqəti icra edən, rəis müavini Azər SüleymanovAPA-ya açıqlamasında deyib ki, cəmdəklərdə bakterioloji çirklənmə aşkarlanıb.

 

O bildirib ki, biokimyəvi analizlərin nəticələrinə görə isə donuz cəmdəklərinin istifadə üçün yararsız olduğu da məlum olub.

 

A. Süleymanov qeyd edib ki, cəmdəklər medianın iştirakı ilə məhv ediləcək.

 

Qeyd edək ki, yanvarın 16-da DBNX-nin Ağstafa rayon Baytarlıq İdarəsi və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı Ağstafa rayonunun Poylu ərazisində 3 baş kəsilmiş donuz cəmdəyi Azərbaycan vətəndaşı Abbasov Şəmkir Əjdər oğlu tərəfindən "Jiquli-07" markalı 25 BF883 dövlət nömrə nişanlı avtomobildə daşınarkən aşkar edilib. Heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyi və sağlamlığı haqqında baytarlıq arayışının olmadığı, habelə donuz cəmdəklərinin ölkəmizə Gürcüstandan gətirildiyi məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar