İqtisad Universitetində əlilliyi olan tələbələr üçün mərkəz yaradılıb
07 iyul 2015 10:04 (UTC +04:00)

İqtisad Universitetində əlilliyi olan tələbələr üçün mərkəz yaradılıb

Azərbaycan Dövlət İqtisad Universitetində əlilliyi olan tələbələr üçün mərkəz yaradılıb.

ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mərkəzin əsas məqsədi əlil tələbələrin təhsil imkanlarının artırılmasından və təhsilə tam inteqrasiya edilməsindən ibarətdir. Mərkəz fiziki məhdudiyyətli insanların ali təhsilə cəlb olunması, onların təhsilinə mane olan məhdudiyyətlərin aradan qaldırılması və həmin tələbələrin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində maarifləndirmə işlərini həyata keçirəcək.

Həmçinin, eyni profilli mərkəzlər ilə təcrübə mübadiləsinin həyata keçirilməsi və cəmiyyətin müxtəlif təbəqələri arasında əlillik barədə maarifləndirmə işinin aparılması ilə məşğul olacaq.

Mərkəz “Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası üzrə fondun yaradılması” adlı TEMPUS (ESFİDİP) Layihəsi çərçivəsində yaradılıb və fəaliyyəti müxtəlif ianələr, proqramlar və layihələr tərəfindən də dəstəklənir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246
avatar

Oxşar yazılar