Abituriyentlərin 9.4%-nin topladığı bal 20-dən aşağı olub
29 mart 2016 16:34 (UTC +04:00)

Abituriyentlərin 9.4%-nin topladığı bal 20-dən aşağı olub

 

I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 59.3%-i 200-dən az bal toplayıb.

 

Lent.az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2015/2016-cı tədris ili üçün imtahan nəticələrinin elmi-statistik təhlilində bildirilir.

 

Ötən il abituriyentlərin 59.3 faizi imtahandan “2”, 15.2%-i “3”, 17.8%-i “4”, 7.6%-i isə “5” qiymət alıb. Göründüyü kimi, ötən il “2” qiymət alanların faizi nisbətən azalıb,  “3”, “4” və “5” qiymət alanların faizi artıb.

 

Məlumatda qeyd olunub ki, qəbul olanların onların 34.1%-ni “3”, 45.6%-ni “4”, 19.6%-ni isə “5” qiymət alanlar təşkil edib. Ötən il bu göstəricilər, uyğun olaraq, 29.9%, 40.2%, 15.5% olub.

 

V ixtisas qrupu üzrə imtahanlarda maksimal bal 90-dır. Bu qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 9.4%-nin topladığı bal 20-dən aşağı olub. 

Bu il Sədərək, Xızı, Ağsu, Astara, Lerik, Xocalı, Xaçmaz, Ağdaş, Sabirabad, Yardımlı, Quba, Şəmkir və Goranboy rayonlarının cari il məzunlarını təmsil edən abituriyentlərin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağıdır.  

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 106
avatar

Fərizə Əhmədova

Oxşar yazılar