Havanın temperaturu yeniden yüksələcək - <span style="color:red;">PROQNOZ
17 avqust 2016 12:29 (UTC +04:00)

Havanın temperaturu yeniden yüksələcək - PROQNOZ

 

Avqustun 18-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.  Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 22-26° isti, gündüz 31-36° isti, Bakıda gecə 24-26° isti, gündüz 33-35° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 15-20° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza gəlincə isə avqustun 18-19-da Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213
avatar

Oxşar yazılar