Xaricdə təhsil almaq istəyənlər bunları bilməlidir - <span style="color:red;">ŞƏRTLƏR
17 avqust 2016 17:43 (UTC +04:00)

Xaricdə təhsil almaq istəyənlər bunları bilməlidir - ŞƏRTLƏR

 

Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq edib.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, xaricdə təhsil almaq istəyən vətəndaşlar sonradan diplom tanınması ilə bağlı problem yaşamamaq üçün əvvəlcə seçəcəyi ali təhsil müəssisəsinin dövlət və ya beynəlxalq akkreditasiya qurumları tərəfindən tanınıb-tanınmadığı əvvəlcədən araşdırılmalıdır.

 

Bunun üçün Siz: * Enic-Naric onlayn şəbəkəsindən (www.enic-naric.net) istifadə edərək müvafiq ölkə üzrə tanınan Ali tıhsil müəssisələri haqqında məlumat əldə edə bilərsiniz (ENİC - İnformasiya Mərkəzlərinin Avropa Şəbəkəsi, NARİC – Akademik Tanınma üzrə Milli Mərkəzlər);

Eləcə də ali təhsil müəssisəsindən akkreditasiya sənədi tələb edə bilərsiniz;

 

 

Məlumatda deyilir ki, xaricdə təhsil almaq istəyənlər aşağıdakı şərtlərə mütləq diqqət yetirməlidir:

 

Dərslərə davamiyyət – təhsil müddətində normativlərə uyğun olaraq dərs məşğələlərində iştirak etməlisiniz;

 

Tədris dili üzrə bilik – tədris proqramını mənimsəyəcək qədər tədris dilini bilməlisiniz;

 

Təhsil forması – bir ixtisas üzrə hər hansı təhsil formasına ölkəmizdə yol verilmirsə, başqa bir ixtisası seçməyiniz məqsədəuyğundur;

 

Təhsil müddəti - əsassız olaraq bir tədris proqramını normativlərdən az müddətə bitirmək yolverilməzdir;

 

Bakalavriat və magistratura ixtisasları arasında uyğunluq – ölkəmizdə mövcud qanunvericiliyə əsasən magistratura bakalavriatın əsasən davamı olmalıdır;

 

Təhsil sənədinin verdiyi hüquqlar – Əgər təhsil sənədinin alındığı ölkədə verilən akademik və ya peşə hüquqları məhduddursa (məsələn, növbəti təhsil pilləsində birbaşa davam etdirmək hüququ vermirsə) ölkəmizdə də həmin hüquq verilməyəcək;

 

 

Nazirlikdən verilən məlumatda qeyd edilir ki,  tələbə xaricdə təhsilini bitirdikdən sonra Ali təhsil haqqında sənədlər tanınma üçün təqdim edilməmişdən əvvəl verildiyi ölkədə müvafiq qaydada leqallaşdırılmalıdır. Bir qayda olaraq "Haaqa Konvensiyası"na qoşulan dövlətlərin ali təhsil haqqında sənədləri (diplom və ona əlavə) "apostil" möhürü ilə leqallaşdırılmalıdır.

Bundan başqa, Apostilin 3-cü bəndində rektorun imzasının, 4-cü bənddə isə universitetin möhürünün həqiqiliyi təsdiq olunur.

"Haaqa Kovensiyası"na qoşulmayan xarici ölkələrdə alınan ali təhsil haqqında sənəd və ona əlavə sənədi verən ölkənin Təhsil Nazirliyində (və ya təhsilin keyfiyyətinə nəzarət edən səlahiyyətli qurumda) müvafiq qanunlara uyğun olaraq təsdiq edildikdən sonra Azərbaycan Respublikasının sənədi verən ölkədəki səfirliyində (konsulluğunda) leqallaşdırılmalıdır.

Göründüyü kimi sənəd əvvəl Birləşmiş Ərəb Əmirliklərinin qanunvericiliyinə uyğun Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyində, həmçinin BƏƏ Xarici İşlər Nazirliyində təsdiqləndikdən sonra ölkəmizin Dubay şəhərindəki konsulluğunda rəsmiləşdirilmişdir.

 

Qeyd edək ki, əlavə məlumat üçün məsləhət saatlarında Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edə bilərsiniz (hər həftənin çərşənbə günü saat 16:00-17:00)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

Oxşar yazılar