UNEC-də “İqtisadçı Gənclər Akademiyası” yaradılıb
29 sentyabr 2015 15:02 (UTC +04:00)

UNEC-də “İqtisadçı Gənclər Akademiyası” yaradılıb

0

İqtisad Universitetində (UNEC) “İqtisadçı Gənclər Akademiyası” yaradılıb.

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, akademiyanın əsas məqsədi gənclərin iqtisadiyyatın müxtəlif sahələrində elmi tədqiqat bacarıqlarının artırılması və ictimaiyyət arasında təbliğidir.

Burada tələbələr iqtisadiyyatın müxtəlif sahələri üzrə araşdırmalar aparacaq, yerli və xarici şirkətlərin təcrübə proqramlarından yararlanacaqlar. Akademiyada həmçinin gənclərin iqtisadi biliklərinin artırılması məqsədi ilə elmi konfransların, dəyirmi masaların, seminarların keçirilməsi nəzərdə tutulur.

Akademiyanın sədri UNEC-in İqtisadiyyat və sənaye fakültəsinin 3-cü kurs tələbəsi Hidayət Kərimovdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 233

Oxşar yazılar