Tovuzda məktəblilər üçün “Kitab Günü” keçirilib
05 avqust 2015 17:05 (UTC +04:00)

Tovuzda məktəblilər üçün “Kitab Günü” keçirilib

0

Millət  vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB Tovuzun böyük  kəndlərindən olan Düz Cırdaxanda uşaqlar, gənclər üçün "İnkişafın yolu kitabdan keçir" adlı tədbir keçirib.

 

Lent.az-ın məlumatına görə, tədbirdə iştirak edən Q.Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdır. Cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliənin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edən millət vəkili hər bir uşaqla ayrıca söhbət edib, onlara  kitablar hədiyyə edib və tarixi,  ədəbiyyatı da yaxşı öyrənməyə çağırıb. 

 

Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir deyib və gəncləri bu zərərli vərdişlərdən tamam uzaq durmağa çağırıb.

 

Görüşün sonunda Q.Paşayeva uşaqlarla yanaşı məktəbin kitabxanasına da gənclərin oxuması üçün  çoxlu kitablar hədiyyə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar