Təhsil naziri Mikayıl Cabbarov “Son zəng” tədbiri haqqında əmr verib.
Lent.az-ın məlumatına görə, əmrə əsasən, “Son zəng” tədbiri iyunun 14-də hər bir müəssisənin ərazisində təşkil olunacaq.
“Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin, sabiq məzunların dəvət olunması məktəb rəhbərlərinə tövsiyə edilib.
Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərlərinə “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görmək tapşırılıb.