(R) İngilis ekspertlərdən köpə qarşı innovativ əmzik
23 aprel 2013 10:22 (UTC +04:00)

(R) İngilis ekspertlərdən köpə qarşı innovativ əmzik

0

İngilis alimlərinin yeni ixtirası gənc anaların ürəyindən olacaq: yemək yeyərkən körpənin hava udmasının qarşısını alan əmzik! Bu əmzik butulka ağzında mərkəzdə yox, yana doğru yerləşir və bu səbəbdən, uşaqlarda köp və narahatlıq yaradan hava mədə-bağırsaq sisteminə daxil olmur. 

Yeni əmzikli butulkanın sınaq testində 210 uşağın valideyni iştirak edib. Onların 84%-i təsdiq edib ki, uşaqlarda qaz çıxma, gəyirmə halları azalıb.

Butulkalar Mothercare brendinin yeni Innosense seriyası üçün hazırlanıb.  İnnovativ məhsullar əmzikli butulkalar ilə məhdudlaşmır. İnnosense-nin 31 müxtəlif məhsulu sırasında mətbəxdə az yer tutan sterilizator, rahat südsağan aparatlar və s. var.

Ana və uşaqların qayğısına qalan Mothercare bu dəfə də anaya körpə ilə daha rahat ünsiyyət qurmağa yardım edir. Həm də sözün əsl mənasında! İnnovativ yemək şüşələrinin forması körpə ilə ananın göz kontaktına mane olmur. Yemək yeyərkən ana körpənin istəyini, körpə isə ananın qayğısını bir-birinin gözlərindən oxuya bilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1398

Oxşar yazılar