(R) İNFİNİTİ Əbu-Dabidə testdrayvını təşkil etdi
12 noyabr 2013 16:59 (UTC +04:00)

(R) İNFİNİTİ Əbu-Dabidə testdrayvını təşkil etdi

 

İNFİNİTİ Birləşmiş Ərəb Əmirliyi-nin Əbu-Dabi şəhərində yeni model Q50 avtomobilinin regionun media nümayəndələri və VIP qonaqları üçün testdrayvını təşkil etdi. Azərbaycanda İNFİNİTİ avtomobillərinin rəsmi distribütoru Nurgün Motors tərəfindən avtomobil sahəsi üzrə tanınmış jurnalist Natiq Zərbəliyev bu tədbirə qatıldı. N.Zərbəliyev avtomobil haqqında təəssüratlarını oxucuları ilə paylaşıb.

 

 

Abu Dabi-də İNFİNİTİ Q50-ni test etmək təklifini böyük məmnuniyyətlə qəbul etdim. Öncə onu qeyd edim ki, yeni model ilə bağlı belə bir tədbirin məhz Yaxın Şərqdə keçirilməsi İNFİNİTİ-nin bazar strategiyasında müəyyən dəyişikliklər olduğunu sübut edir. Çünki bu avtomobil brendi vaxtilə məhz Şimali Amerika bazarı üçün nəzərdə tutularaq yaradılmışdı və adətən qlobal tədbirlərini məhz okeanın o tayında təşkil edirdi.  

Bir qədər brendin tarixi haqqında. Amerikada XX əsrin 70-ci illərində yaranan enerji böhranından sonra insanların daha qənaətcil avtomobillərə üz tutması ilə bağlı lüks avtomobil bazarında müəyyən durğunluq müşahidə olunurdu. Böhrandan sonra isə avtomobil bazarında, o cümlədən lüks avtomobil seqmentində canlanma müşahidə olunmağa başladı. Məhz buna görə də Nissan Motors Premium seqment üçün avtomobil istehsalına başlamaq qərarına gəldi. Rəqiblərlə mübarizədə qalib gəlmək üçün İnfinitinin istehsalına tam məxfi formatda start verildi. Adın və dizaynın yaradılmasında tender elan edən Nissan sonsuzluq mənasını verən “infinity” sözündən ilhamlanaraq məhz loqonun dizaynını da buna uyğunlaşdırdı. İNFİNİTİ Amerika bazarını fəth etdikdən sonra Avropa, Cənubi Koreya, Çin, Tayvan və Yaxın Şərqdə populyarlıq qazandı. Yeni rebrendinq, Q və QX adlarına qayıdış, Formula-1 ilə əməkdaşlıq – bütün bunlar bu gün İnfiniti-yə marağı daha da artırır. Lakin tək ad dəyişmək deyil, insanların avtomobillərə marağını da yüksəltmək lazımdır. Ona görə köhnəlmiş İNFİNİTİ G sedanı Q50 modeli ilə əvəzləndi.

Bu modeli bütün avtomobil dünyası “əsl” sükanlı model kimi tanımalıdır - qabaq təkərlərin dönmə radiusu elektron beyin ilə müəyyən edilir, sükan isə yalnız ona komanda vermiş olur. Məhz buna görə də təşkil olunan sınaq hamının marağına səbəb oldu. Belə ki, sınaq Sebastian Vettel-in sükan arxasında iştirakı ilə məşhur Al-Forsan Track İnternational sınaq yürüşü yolunda nəzərdə tutulurdu.

Belə sürücü ilə yola çıxmaqdan kim imtina edər ki?

Sebastian Vettelin meydana çıxmasını görən kimi həmkarlarımla birgə son Formula-1 çempionunu qarşılamağa endim. S.Vettel ilə 2 il əvvəl müsahibəm olmuşdu, ona görə yenidən buna can atmadım, lakin onunla birgə yeni İNFİNİTİ Q50-nin salonunda əyləşib sınaq yürüşü etməyə müvəffəq oldum. Salona təhlükəsizlik məqsədilə kamera götürməyə icazə verməsələr də aeroportdan aldığım kameralı saat köməyimə gəldi. Onu da qeyd etmək istərdim ki, çempionun ifasında dönmələr dəqiq, idarəetmə isə olduqca zövqverici idi. Daha sonra yeni modeli parkinq ətrafında sınaq etmək media nümayəndələrinə təqdim edildi.

iNFiNiTi Q50 komplektasiyasına diod fənərlər və arxa stop fənərləri, 17 və ya 19 düymlük tökmə diskli təkərlər, panoramalı tavan, i-Keys sistemi ( özündə klimat nəzarəti yaddaşında saxlayan, audiosistem, oturacaqların idarə olunması), dairəvi görüntü funksiyası, Bose audosistemi və aktiv səsboğucu sistemi daxildir. Salonda yeni multimedia sistemi quraşdırılıb ki, iki sensor displey ilə təchiz olunub.

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 895
avatar

Oxşar yazılar