(R) Giorgio Armani brendi yeni "Si" ətirini təqdim edir
07 noyabr 2013 12:45 (UTC +04:00)

(R) Giorgio Armani brendi yeni "Si" ətirini təqdim edir

"Hər qadının uğur tarixi arxasında döyünən ürək gizlənir"

"Si"- bu, mənim müasir zəriflik, cazibə, güc və müstəqil ruhun qarşısıalınmaz kombinasiyasına dəyərimdir.

Giorgio Armani

 

22 oktyabr 2013-cü il tarixində Bakının ən yaxşı hotellərindən birində Giorgio Armani-nin  yeni " Si" ətirinin təqdimatı oldu.

 Təqdimat zamanı qonaqlara ətirin yeni şiprli olfaktiv loqotipi haqqında ətraflı informasiya təqdim edilərək “Si” ətiri qadının tarixinin əsas ideyası izah edildi.

Qeyd edildi ki, "Si" ətirinin adı italyancadan tərcümədə  "Hə" mənasını bildirir və mükəmməl balansın ideyasını ifadə edir.

 Sadə və eyni zamanda güclü söz! "Si" - bu, güc, dinamizm, emosionallıq və əminlik kimi anlayışların sinonimidir.

"Si" - öz arzularına, xəyallarına, sevgisinə "Hə" deməyə qorxmayan qadın haqqında danışır. O seçim azadlığına, müasirliyə və özünə "Hə" deyir!

Ətirin siması 2013-cü ildə Armaninin qadın xəyalını mükəmməl təcəssüm edən dünyaca məşhur aktrisa Keyt Blanşettdir.

" Si" - likyor kimi zəngin, müasir, şiprli - meyvəli ətirdir. Şiprli kateqoriya – maestro Armaninin sevimli ətirlər kateqoriyasıdır.

Təqdimatdan sonra bütün qonaqlara "Si" Giorgio Armani ətiri hədiyyə edildi.

Xatırladaq ki, Giorgio Armani-nin "Si" ətirini siz IDEAL mağazalar şəbəkəsində əldə edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1337
avatar

Oxşar yazılar