(R) Gənc Siyasətçilər Məktəbində
10 iyul 2013 15:59 (UTC +04:00)

(R) Gənc Siyasətçilər Məktəbində

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Prezidenti yanında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Fransa, Almaniya, İtaliya, Ukrayna, Polşa, Gürcüstan, Türkiyə, Bosniya və Hersoqovina, Moldova ölkələrinin gənc fəallarının iştirakı ilə Bakı şəhərində 3-8 İyul, 2013-cü ildə Beynəlxalq Gənc Siyasətçilər Məktəbi həyata keçirmişdir.

 

Qeyd edək ki, AGAT tərəfindən məktəb çərçivəsində “Dünyada Münaqişələr, Azərbaycanın enerji təhlükəsizliyi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” barədə xüsusi panel təşkil olundu. Panelin qonaqları politoloq Fərhad Mehdiyev, siyasi elmlər doktoru, prf. Elman Nəsirov və Strateji Tədqiqatlar Mərkəzinin əməkdaşı Rövşən İbrahimov oldular. Panel çərçivəsində Qarabağ münaqişəsinin tarixi, siyasi aspektləri və Azərbaycanın ədalətli mövqeyi barədə geniş məlumat verildi. Daha sonra ölkəmizin enerji  təhlükəsizliyi siyasəti, Avropa-Azərbaycan iqtisadi əlaqələri və regionda Azərbaycan vacib rolundan danışıldı. Sonda Avropalı gənc siyasətçilərlə interaktiv müzakirələr davam etdi.

 

Növbəti panel “Siyasi strategiyada mətbuatın cəlb olunması və sosial şəbəkələr” oldu. Panelin ekpertleri “Baku Post” qəzetinin əməkdaşı Tofiq Abbasov, editor.az saytının direktoru Fərid Şahbazlı və azxeber.az saytının rəhbəri Hacıbəy Heydərli idi. Ekspertlər panel çərçivəsində ölkəmizdə söz azadlığı və mətbuatın son illərdə inkişafından danışdılar. Qeyd etdilər ki, ölkəmizdə azad internet var, əhalinin heç bir siyasi təbəqəsinə ayrı-seçkilik qoyulmur. Tədbir sual-cavab şəklində davam etdi.

# 718
avatar

Oxşar yazılar