(R) Azercell son nailiyyətlərini mətbuatla bölüşür
20 sentyabr 2013 16:46 (UTC +04:00)

(R) Azercell son nailiyyətlərini mətbuatla bölüşür

Şəbəkənin daim təkmilləşdirilməsi və ən son texnologiyaların tətbiqi  Azercell şirkətinin hər zaman prioritet istiqaməti olub. Bu yay ərzində Azercell müştəriləri üçün bir sıra yeniliklər, müxtəlif kampaniya və layihələr təqdim edib. Son yenilikləri və layihələri bir daha nümayiş  və müzakirə etmək məqsədilə şirkət növbəti dəfə mətbuat nümayəndələri ilə görüş keçirdi. Xüsusilə, bir neçə gün əvvəl Azercell-in bölgələrdə 

olan müştəriləri üçün  başladığı unikal "Bölgə" tarifi təqdim olundu.

Yeni tarifi seçən abunəçilər rayonlarda 1 dəqiqəsi 5 qəpik, Bakı və Abşeronda isə dəqiqəsi 10 qəpik tarifi ilə danışacaqlar. Beləliklə, şəbəkədaxili danışıqlar üçün abunəçilər 35-50%, şəbəkəxarici zənglərdə isə 50-65% endirim qazanırlar. Bu tarif Azercell-in 2012-ci ilin mart ayında başladığı ve cari il ərzində bölgələr üçün  yay kampaniyaları ilə davam etdirdiyi regionlarda mobil rabitənin inkişaf etdirilməsi strategiyasının tərkib hissəsidir. Bununla bərabər, bölgələrdə bu tarif çərçivəsində edilən şəbəkədaxili zənglər 3-cü dəqiqədən sonra pulsuzdur. Beləliklə 40 dəqiqə danışıq üçün müştəri  15 qəpik ödəyəcək.

Jurnalistlərə, həmçinin, SimSim ve Fakturalı xətt abunəçiləri üçün  vahid ödəmə kartının tətbiqi  haqqında da ətraflı məlumat verildi. Azercell, bu il həm də, ölkənin mobil operatorları arasında mobil elektron imza xidməti – Asan imza sistemini tətbiq edən ilk operator oldu.  Azercell-in Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə bərabər keçirdiyi son layihə isə diqqət və qayğıya xüsusi ehtiyacı  olan uşaqlara məktəb çantası və ləvazimatlarının paylanılması olub.  Yeni dərs ilinin başlanğıcı ilə əlaqədar həyata keçirilən sosial layihə çərçivəsində Bakı və regionlar da daxil olmaqla, Quba, Mingəçevir, Lənkəran, Şüvəlan, Mərdəkan, Qaradağ, Sumqayıt, Maştağa, Buzovna, Bilgəh, Pirşağı, Türkan və Suraxanıda yerləşən 19 internat məktəbinin 4 000 nəfər şagirdi üçün  dərs

ləvazimatları ilə dolu məktəbli çantaları təqdim edilib.

 

Azercell mobil rabitə sahəsində ən qabaqcıl  texnologiyaları tətbiq etməyə və ictimaiyyət nümayəndələri ilə öz təcrübəsini bölüşməyə davam edir.

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

 

“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon

 

Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər olub. 2011-ci

ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1117
avatar

Oxşar yazılar