(R) Azercell Mobil İmza xidmətinin tətbiqinə başladı
15 iyul 2013 17:04 (UTC +04:00)

(R) Azercell Mobil İmza xidmətinin tətbiqinə başladı

 

Azərbaycanda ilk dəfə olaraq Azercell Telekom MMC abunəçilərinə Asan İmza (Mobil İmza) xidmətini təklif edir. Bu xidmət hər bir mobil abunəçiyə elektron xidmətlərdən yararlanmaq, elektron imzadan asanlıqla istifadə etmək imkanını yaradır. Mobil imza xidmətinin sürəti və rahatlığı bir çox dövlət xidmətlərinə çıxışda rast gəlinən maneələri azaldır, xidmət istifadəçilərini və tərtibatçılarını yeni texnologiyaların aktiv istifadəsinə stimullaşdırır. Mobil cihazlar daim insanların yanında olduğundan, onlar istənilən yerdə öz imzalarını təsdiqlətdirə bilirlər.

 

Xidmətdən istifadə etmək üçün ASAN Xidmət Mərkəzlərində təşkil olunan Azercell Qeydiyyat Məntəqəsinə yaxınlaşmaq lazımdır. Burada Asan İmza SIM kartını və elə həmin mərkəzdə yerləşən Vergilər Nazirliyinin Xidmət Məntəqəsindən elektron imza sertifikatı əldə etmək olar. Qeyd edək ki, ilk olaraq bu xidmət Azercell fakturalı xətt abunəçilərinə təqdim olunur. Asan İmza – Mobil İmzalı SİM-kart həm mövcud, həm də yeni nömrələrə uyğunlaşdırıla bilər.

 

Elektron imza sertifikatların etibarlılıq müddəti üç ildir. Vətəndaşlar üçün 3 illik istifadə qiyməti -30 AZN, dövlət qulluqçuları üçün  80 AZN, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün 154 AZN təşkil edir. Xidmətdən aylıq istifadə haqqı əhali və dövlət qulluqçuları üçün 0.50 AZN, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün 1 AZN təşkil edir. Abunəçilərin mövcud SIM kartlarının Mobil İmzalı SIM kartlarına dəyişdirilməsi xidməti haqqı 3.54 AZN təşkil edir.

 

Məlumat üçün bildirək ki, Asan İmza Xidməti Bakı şəhərində aşagıdakı ünvanlarda fəaliyyət göstərəcək:

 

Asan 1 Xidmət Mərkəzi Ak. Həsən Əliyev 36;

Müştəri Xidmətləri ofisi B.Bağırova 2;

Azercell Ekspres ofisi Sahil Qəs. Z.Qasimov 24;

Azercell Ekspres ofisi Xətai rayonu, Yusif Səfərov 9/16;  

Azercell Ekspres ofisi Şüvəlan qəs.,"Şüvəlan Park"-ın binası.

 

Eyni zamanda vətəndaşlar  Sumqayıt şəhəri, Azərbaycan Pr. 12 –də yerləşən Müştəri Xidmətləri Mərkəzinə və  Gəncədə Şah İsmayıl Xətai Pr. 82 ünvanında Azercell Ekspres ofisinə, eləcə də, bölgələr üzrə bütün Müştəri  Xidmətləri ve Ekspres ofislərinə müraciət edə bilərlər.

Asan İmza (Mobil imza) haqqında daha ətraflı məlumat əldə etmək üçün http://www.asanimza.az/az/ ünvanına müraciət edə bilərsiniz.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil edib. 2011-ci ildə Azercell tərəfindən 3G, 2012-ci ildə isə 4G xidməti təqdim olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 995
avatar

Oxşar yazılar