Azercell-in Facebook fanları öz suallarına daha rahat cavab tapmaq üçün yeni tətbiqetmədən faydalana biləcəklər
Azercell şirkəti Facebook üzərindən daha yeni bir xidmətin tətbiqinə başlayır. 13 May tarixindən etibarən, Facebook istifadəçiləri Azercell-in müştəri xidmətlərindən daha rahat şəkildə istifadə edə biləcəklər.
Öz müştərilərinə yalnız masa qarşısında deyil, həm də virtual, online şəkildə xidmət göstərən Azercell sosial şəbəkələrdə də bu xidmətin keyfiyyətini yüksəldir. Bu dəfə şirkət tərəfindən Facebook istifadəçilərinin işini asanlaşdıran bir yeniliyə imza atılıb. Belə ki, artıq Azercell-in Facebook-dakı rəsmi səhifəsinin bütün istifadəçiləri öz suallarını, istək və müraciətlərini xüsusi “Müştəri xidməti” tətbiqetməsi vasitəsilə verə biləcəklər.
Bu proqram istifadəçilərin müraciətlərinin digərləri tərəfindən görünməməsinə imkan verir. Yəni, arzu edənlər öz suallarını özəl mesaj şəklində də müştəri xidmətinə göndərə biləcək. Bundan əlavə, yeni tətbiqetmə vasitəsilə Facebook-da profil sahibləri əlavə linklər açmadan, digər mənbələrə üz tutmadan Azercell-ə aid gündəmdə olan və tez-tez soruşulan suallara da hazır cavabları nəzərdən keçirmək imkanı qazanacaqlar.
Azercell-in rəsmi Facebook səhifəsində istifadəyə verilən “Müştəri xidməti” yeni tətbiqetməsi çox rahat interfeysə malikdir. Burada Azercell-in ən son kampaniyaları, yeni xidmətlərin ilə eyni anda tanış olmaq mümkündür. Xidmətin üstünlüklərindən biri də burada onlayn ödənişlərin mümkün olmasıdır.
Müştəri məmnuniyyətini böyük önəm verən “Azercell Telekom” MMC abunəçilərə daha yüksək səviyyədə xidmət göstərmək məqsədilə bundan sonra da müxtəlif yenilikləri tətbiq etməyi nəzərdə tutub.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.