Bundan belə, Worldcard sahibləri vaxtına qənaət etməklə heç bir yerə getmədən, qısa zaman ərzində sadəcə www.apus.az saytına daxil olmaqla öz ödənişlərini edə biləcəklər. Bankın müştəriləri olan Worldcard sahibləri kommunal, vergi və daxili işlər nazirliyi (baş dövlət yol polisi) üzrə ödənişlərini Hökumət Ödəniş Portalı köməyilə həyata keçirə biləcəklər. Qeyd edək ki, hazırda vergilər və daxili işlər nazirliyi üzrə ödənişlər yalnız www.apus. az saytı vasitəsilə mümkündür və “Yapı Kredi Bank Azərbaycan” öz Worldcard sahiblərinə bu kimi üstünlüyü qazandırmaqdan məmnunluq duyur! Azərbaycanın qazandıran kredit kartı Worldcard öz sahiblərinə ticarət obyektlərində hissə-hissə ödəniş və dünyanın istənilən yerində alış-veriş üçün sərfəli şərtlər təqdim edir. Bundan əlavə, alış-verişlər etdikdə Sizin bal qazanmaq kimi üstün imkanlarınız da mövcuddur.
Ətraflı məlumat almaq üçün hər zaman yenilənən www.worldcard.com .az və https://www.facebook. com/YapiKrediWorldAZ internet səhifələrinə, eyni zamanda *0444 Yapı Kredi Telefon Mərkəzinə müraciət edə bilərsiniz.