“IDEAL” parfum və kosmetika mağazalar şəbəkəsinin rəsmi facebook səhifəsi Socialbakers xidmətinin sertifikatına layiq görülüb. Şirkətinin rəsmi facebook səhifəsi Socialbakers xidmətinin “Sosial yönümlü”(Socially Devoted) nominasiyası üzrə mükafat alıb.
Socialbakers tərəfindən təqdim edilmiş mükafatın 2013-cü ilin 2-ci rübünü əhatə etdiyi bildirilib. Qeyd edilib ki, “İDEAL” şirkətinin rəsmi səhifəsində fanlarla ünsiyyət yüksək səviyyədə qurulub, verilən suallar 98% operativ və dolğun cavablandırılıb.
Dünyanın 75 ölkəsində 10 ofisi və 160 nəfərdən çox əməkdaşı ilə çalışan Socialbakers sosial media üzrə sürətlə inkişaf edən analitik şirkətdir.
Xatırladaq ki, “İDEAL” parfum və kosmetika mağazalar şəbəkəsinin rəsmi facebook
səhifəsinin 239.000 nəfərdən çox izləyicisi var. Səhifədə daim fanlar üçün maraqlı müsabiqələr keçirilir, qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılırlar.