Qaçaqmalçılar 19 kq narkotiklə tutuldu
26 iyul 2019 11:18 (UTC +04:00)

Qaçaqmalçılar 19 kq narkotiklə tutuldu

Sərhəddə 19 kq narkotik aşkarlanıb
 
 
Dövlət Sərhəd Xidmətinin (DSX) nar­kotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirdiyi sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində 18 kq 870 qram narkotik vasitə və 45 həb psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
 
DSX-dan Lent.az-a verilən məlumatına görə, iyulun 22-də Füzuli rayonu Böyük-Bəhmənli kəndi yaxın­lığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan  Azərbaycan  istiqamətində qaçaqmalçılar tərə­findən dövlət sərhədindən nar­kotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Nəticədə sərhəd pozucuları polietilen paketlərdə ümumi çəkisi 13 kq 670 qram olan heroin, tiryək və marixuana növündə narkotik vasitəni, həm­çinin 45 həb psixotrop maddəni hadisə yerində ataraq geriyə qaçıblar.
 
Həmin gün DSX-nın Sahil Mühafizəsinin Lənkəran rayonu Şahağacı kəndi yaxınlığında yerləşən sahil nəzarət bölmə­si­nin xidməti sahəsində 2 nəfər naməlum şəxsin sahil xətti yaxınlığında hə­rə­­kətləri diqqəti cəlb edib, onlara yaxınlaşarkən qaçmağa cəhd göstərmə­lə­rinə baxmayaraq sərhəd naryadı tərəfindən saxlanılıblar. Onların əşya­larına baxış keçirilib, içərisində ümumi çəkisi 5 kq 200 qram heroin və tiryək növündə narkotik vasitə olan bağlama aşkar olunub. 
 
Saxlanılmış şəxs­lərin şəxsiyyəti dəqiqləşdirilib, Lənkəran rayon sakinləri 1965-ci il təvəllüdlü Hüseynov Arzuman Adil oğlu və 1973-cü il təvəllüdlü Əsgərov Mürsəl Nail oğlu olmaları müəyyənləşdirilib.
 
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633
avatar

Oxşar yazılar