“Bir müddət əvvəl Nizami rayonunda yanan avtomobillərin çoxu nasaz vəziyyətdə olan avtomobillərdir”. Lent.az-ın məlumatına görə, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov jurnalistlərə açıqlamasında deyib.
V. Əsədov bildirib ki, yanğın hadisəsi avtomobil dayanacağından kənarda baş verib: “Yanan avtomobillərin çoxu isə nasaz vəziyyətdə və yaxud sahibi tərəfindən atılmış avtomobillər olub. Onların sahiblərinə təzminat verilib verilməsi hələlik məlum deyil. Hazırda həmin hadisə ilə bağlı araşdırma aparılır”.