"Netflix" Azərbaycanda fəaliyyətə başladı
07 yanvar 2016 02:37 (UTC +04:00)

"Netflix" Azərbaycanda fəaliyyətə başladı

"Netflix" striminq video xidməti yanvarın 6-dan etibarən Azərbaycanda öz xidmətlərini təqdim etməyə başlayıb.

 

"Report" "Forbes"ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Rid Hastinqs Las-Veqasda "Consumer Electronics Show" (CES) texnologiya sərgisində çıxışı zamanı məlumat verib.

 

"Netflix"dən istifadənin Azərbaycan, Vyetnam, Hindistan, Nigeriya, Polşa, Rusiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Koreya, Türkiyə və İndoneziya sakinləri üçün də mümkün olduğunu xəbər verməyimə şadam", - deyə Hastinqs qeyd edib. O əlavə edib ki, xidmət yanvarın 6-da dünyanın 130 ölkəsində istifadəyə verilib.Şirkətin Avropada kommunikasiyalar üzrə vitse-prezidenti Coris Evers bildirib ki, istifadəçilər saytın ingilisdilli interfeysindən yararlana biləcəklər.

 

"Biz ödənişləri bank kartları ilə qəbul edirik", - deyə o "Sputnik" agentliyinə bildirib. Amerikanın "Netflix" striminq video xidməti abunə olmaq yolu ilə film və serialların nümayişini təqdim edir. 1997-ci ildə təsis olunan şirkət ABŞ, Latın Amerikası və Avropada (Danimarka, İrlandiya, Niderland, Almaniya, İsveç və s) fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 355
avatar

Oxşar yazılar