İyulun 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.
Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 34-39 dərəcə, dağlıq rayonlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.