<span style="color:red;">Abituriyentlərin NƏZƏRİNƏ:  ixtisas seçiminin nəticələri açıqlandı
12 avqust 2015 18:00 (UTC +04:00)

Abituriyentlərin NƏZƏRİNƏ: ixtisas seçiminin nəticələri açıqlandı

0

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticələrə əsasən, Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edən 38763 abituriyentdən 32196 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

Abituriyentlər müsabiqənin nəticələrini TQDK-nın internet səhifəsindən və ya mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

 Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 13-də  «Abituriyent» jurnalının 7-ci sayında dərc olunacaq.

Tələbə adı qazanmış şəxslər 2015-ci il avqustun 14-dən 24-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı avqustun 14-də  “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq..

Həmin yerlərə ixtisas seçimi avqustun 14-dən 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub). Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar.

                                        

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 415

Oxşar yazılar