Avqustun 26-da Bakı və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 21-25, gündüz 31-36, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 18-23, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.