Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasının 2-ci vestibülündə yerləşən 1 saylı eskalatora baxış zamanı dartı ulduzcuğunda lüft yarandığı müşahidə edilib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu məqsədlə həmin eskalatorun təmirə dayandırılması məqsədəuyğun hesab edilib. Martın 11-dən 1 saylı eskalator təxminən bir ay təmirdə olacaq.
1 saylı eskalatorun aprelin 7-də sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır. Digər eskalator isə işlək olacaq.
"Bakı Metropoliteni" QSC narahatlığa görə sərnişinlərdən üzr istəyib.