[b]Əqli Mülkiyyət Agentliyinə sədr təyin edildi[/b]
07 may 2018 18:25 (UTC +04:00)

[b]Əqli Mülkiyyət Agentliyinə sədr təyin edildi[/b]

Prezident İlham Əliyev Kamran İmanovun Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən Kamran Sultan oğlu İmanov Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. 

 

Qeyd edək ki, Kamran İmanov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorudur. Uzun müddət Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə rəhbərlik edib. 2006-2008-ci illərdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri olub. Son olaraq Kamran İmanov Müəllif Hüquqları Agentliyinin sədri olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314
avatar

Oxşar yazılar