Damcılı mağarasında neolit dövrünə aid alətlər aşkarlanıb
23 avqust 2016 13:19 (UTC +04:00)

Damcılı mağarasında neolit dövrünə aid alətlər aşkarlanıb

Qazaxda yerləşən Avey Dövlət Mədəniyyət Qoruğunun ərazisində, Damcılı mağarasında aparılan arxeoloji qazıntılar zamanı 7 min il əvvəl neolit dövrünə aid alətlər aşkarlanıb.

 

AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazidə 4 metr dərinliyində qazıntı işləri aparılarkən bu yerin qədim insan məskəni olması bir daha təsdiqlənib. Damcılıda tapılan maddi-mədəniyyət nümunələrinin neolit dövrünə aid olmasının təsdiqlənməsi üçün Yaponiya laboratoriyalarına göndəriləcək.

 

Qoruğun direktoru Səadət Əliyeva bildirib ki, bir neçə ildir Tovuzda Göytəpə, Hacıələmxanlı və digər qədim yaşayış məskənlərində arxeoloji qazıntılar aparan yaponiyalı mütəxəssislər Tovuz və Qazaxın yaxın olmasını və buradan tapılan alətlərin daha qədim olduğunu düşünürlər.

 

Yaponiyalı arxeoloq Yoşihiro Nişiaki Damcılıda arxeoloji qazıntılar zamanı elmə yararlı kifayət qədər materiallar əldə etdiklərini vurğulayıb: “ Məqsədimiz ərazinin qədim insan məskəni olmasını təsdiqləmək, bundan başqa neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir. Qazıntılar zamanı buna nail ola bildik”.

 

Qeyd edək ki, Damcılıda ilkin mərhələdə aparılan qazıntılar yekunlaşıb. Növbəti ildən yapon və yerli arxeoloqlar daha geniş ərazidə tədqiqat işlərinə start verəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar