![[b]Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin nümayəndələri FHN-də olublar[/b]](https://lent.az/storage/news/2019/may/22/big/5fa0ee2ce51ef9d9d6025378f2925fac.jpg)
[b]Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin nümayəndələri FHN-də olublar[/b]
Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcanın başçılıq etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində olub.
ONA-nın xəbərinə görə, nümayəndə heyəti ilə görüşən Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev qardaşlıq, qarşılıqlı etimad və yüksək səviyyəli münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrindən danışaraq BMT çərçivəsində fəaliyyət göstərən Beynəlxalq Axtarış-Xilasetmə üzrə Məşvərətçi Qrupu tərkibində iki qardaş ölkənin müvafiq qurumlarının səmərəli əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Nazir müavini bildirib ki, ikitərəfli görüşlər və məsləhətləşmələr fəaliyyət imkanlarının artırılmasına və klassifikasiya mərhələsinə, eyni zamanda noyabr ayında Azərbaycanda keçiriləcək təlimlərə hazırlıq prosesinə əvəzsiz töhfə verəcək. O, Azərbaycanın İNSARAG-a qəbulunda verdikləri dəstəyə görə Türkiyə tərəfinə təşəkkür edib.
Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcan səmimi görüşə görə təşəkkür edərək Türkiyədə baş vermiş təbii fəlakətlər zamanı Azərbaycan Respublikasından edilən hərtərəfli yardımı minnətdarlıq hissi ilə xatırladıb. Azərbaycanın beynəlxalq axtarış-xilasetmə missiyasında iştirak etməsi üçün hərtərəfli imkanlara malik olduğunu vurğulayan qonaq sözügedən sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətindən söz açıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Sonra qonaqlar FHN-in Akademiyası və Xüsusi Riskli Xilasetmə Xidmətinə baş çəkərək həmin qurumların fəaliyyəti ilə yaxından tanış olublar.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ](https://lent.az/storage/news/2024/july/26/big/66a3f4e3e077f66a3f4e3e07811722021091438c7f8e8d8a92f4098ce5f41d79d5bf.jpg)
İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
26 iyul 2024 , 23:12![Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR](https://lent.az/storage/news/2024/july/26/big/66a364d41c69166a364d41c692172198421266a364d41c68b66a364d41c68e.png)
Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR
26 iyul 2024 , 18:28Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
26 iyul 2024 , 18:24![Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA](https://lent.az/storage/news/2024/july/26/big/66a393a31248166a393a312482172199619566a393a31247e66a393a31247f.jpg)
Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
26 iyul 2024 , 16:15![“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu](https://lent.az/storage/news/2024/july/26/big/66a3826beb61a66a3826beb61b172199178766a3826beb61566a3826beb617.jpg)
“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu
26 iyul 2024 , 15:12![Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI](https://lent.az/storage/news/2024/july/26/big/66a3650a948ff66a3650a94900172198426666a3650a948f966a3650a948fc.jpg)
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
26 iyul 2024 , 12:55Bakıda güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
26 iyul 2024 , 12:37![İnsan hüquqazidd əməl edərkən psixi fəaliyyəti müvəqqəti pozulubsa cəza alır? – CAVAB](https://lent.az/storage/news/2024/july/26/big/66a34e314a47466a34e314a475172197841766a34e314a46e66a34e314a471.webp)