“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirəcək”. Lent.az-ın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bildirib. O deyib ki, abituriyentlərin ərizələrinin qəbulu mayın 12-dən iyunun 13-dək internet vasitəsilə aparılıb. İmtahanda iştirak etmək üçün 14923 abituriyent ərizə təqdim etdiyini deyən TQDk sədri qeyd edib ki, onlardan 5459 nəfərini oğlanlar, 9464 nəfərini qızlar təşkil edir: “14380 abituriyent Azərbaycan bölməsi, 543 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 15 nəfəri artıq orta ixtisas təhsil müəssisələrinin məzunları olmuş şəxslər, 14 nəfəri isə ali təhsilli şəxslərdir. 50 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci il, ən gənc abituriyent 1999-cu il təvəllüdlüdür. Qəbul imtahanı mərkəzləşmiş qaydada Respublikanın 14 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Tovuz, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda keçiriləcəkdir. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00 -da başlanacaq”.
TQDK sədri onu da qeyd edib ki, imtahan 1 saat 30 dəqiqə ərzində aparılır və abituriyentlərə Ana dili və riyaziyyat fənlərinin hər birindən 30 sual (ümumilikdə 60 sual) təqdim olunur. “Abituriyentin balları hesablandıqda hər düzgün cavab 1 balla qiymətləndirilir. Ümumi bal hər bir fənn üzrə toplanılan balların cəmi əsasında müəyyənləşir və toplanıla bilən maksimal bal 60-a bərabər olur. İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcəkdir. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılacaqlar”.
M. Abbaszadə vurğulayıb ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmiş cari il məzunlarının bu təhsil pilləsinə (kolleclərə) müsabiqəsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Belə ki, həmin kateqoriyadan olan abituriyentlər kolleclərə qəbul olmaq üçün buraxılış imtahanından əlavə imtahan verməyəcəklər.

TQDK: “...əlavə imtahan verməyəcəklər”
Oxşar yazılar

Kişilərdə keçəlləşmə artır – Bəs səbəb nədir? - VİDEO
17 may 2025 , 01:48
Həftə sonu üçün maqnit qasırğası PROQNOZU: təhlükə barədə XƏBƏRDARLIQ
16 may 2025 , 21:17
Hamilə qadınlara müjdə: Bu meyvə körpələrdə allergiya riskini azaldır
16 may 2025 , 19:33
Zaqatalada gimnaziyanın liseyə çevrilməsinin SƏBƏBLƏRİ MƏLUM OLDU - YENİLƏNİB
16 may 2025 , 19:19
Azərbaycana may ayında QAR YAĞDI
16 may 2025 , 18:09
Kartof əkəndə bu nüansa diqqət edin - Məhsuldarlıq çox olacaq
16 may 2025 , 16:28Meteohəssas insanlar üçün sabahın PROQNOZU
16 may 2025 , 16:14