Görkəmli pianoçu, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında UNEC kollektivi üçün xüsusi konsert proqramı ilə çıxış edib.
Konsertdən öncə UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən canlı korifey Fərhad Bədəlbəyliyə UNEC kollektivinə göstərdiyi bu diqqətə görə təşəkkürünü bildirib.
Konsertdə xalq artistini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. Konsertin ikinci hissəsində F.Bədəlbəyli ilə birgə pianoçu, xalq artisti Murad Adıgözəlzadə də çıxış edib. Xalq artisti Yalçın Adıgözəlov və gənc dirijor Fuad İbrahimovun bədii rəhbərliyi ilə reallaşan konsertdə Corc Qerşvinin və Sergey Raxmaninovun əsrləri səsləndirilib.
UNEC-in professor, müəllim və tələbə heyəti konsert proqramından böyük təəssüratla ayrılıblar.