![[b]ATU-da Türkiyə universitetlərinin filialı açıla bilər[/b]](https://lent.az/storage/news/2019/march/05/big/6a4ad9a8b8d1d033e6fb8ad912e673e3.jpg)
[b]ATU-da Türkiyə universitetlərinin filialı açıla bilər[/b]
Azərbaycan Tibb Universitetində (ATU) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Türkiyə universitetlərinin nümayəndə heyəti ilə görüş olub. Bu barədə Lent.az-a ATU-nun mətbuat xidmətindən bildirilib.
Xəbərə görə, görüşdə ATU-nun rektoru professor Gəray Gəraybəyli qonaqlara universitetin tədris proqramındakı yeniliklər və nəzərdə tutulan islahatlar barədə ətraflı məlumat verib.
Professor G.Gəraybəyli Azərbaycanda ikili diplomların alınması üçün işlər görüldüyünü, bu baxımdan ATU tələbələrinin də yaranacaq imkanlardan yararlana biləcəklərini bildirib. Rektor Türkiyəyə tələbə göndərilməsi ilə yanaşı, oradan müəllimləri ATU-da dərs keçməsinə önəm verildiyini vurğulayıb.
Rektor G.Gəraybəyli gələcəkdə Türkiyə tibb universitetlərinin ATU nəzdində filialı yarana biləcəyini də istisna etməyib.
ATU ilə tanışlığından məmnun olduğunu bildirən Ege Universitetinin tibb fakültəsinin professoru İbrahim Durak son illər Türkiyədə tibb təhsili standartlarının dünya standartlarına uyğun olması ilə bağlı hesabat hazırladığını bildirib. Onun sözlərinə görə, bu sənəd ATU üçün də yararlı ola bilər.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin rəhbəri Dr. Hande Harmancı ATU-nun Hacettepe Universiteti ilə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb.
Oxşar yazılar

Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq
3 iyul 2025 , 00:02
Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04