[b]“Qarabağ qaziləri”nin yeni sədri bəlli oldu - FOTO[/b]
26 mart 2019 15:55 (UTC +04:00)

[b]“Qarabağ qaziləri”nin yeni sədri bəlli oldu - FOTO[/b]

“Qarabağ qaziləri” ictimai birliyinin ümumi yığıncağı keçirilib. İctimai Birliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ümumi yığıncaqda təşkilat məsələlərinə baxılıb və aşağıdakı tərkibdə idarə heyəti seçilib:

 

Asəf Əliyev

Firidun Məmmədov

Bəhruz Camalov

Rey Kərimoğlu

Şamil Əbilov.

 

Bundan başqa, Mirsahib Alıyev, Kavı Lələyev, Rafiq Kərimov Birliyin nəzarət təftiş komissiyasının üzvü seçiliblər.

İştirakçıların yekdil səsverməsi ilə 2-ci qrup Qarabağ qazisi Əliyev Asəf Kərim oğlu “Qarabağ qaziləri” ictimai birliyinin sədri seçilib.

Ümumi yığıncaq adından bir neçə məsələ ilə bağlı Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Xatırladaq ki, “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Ehtimad Əsədov 2018-ci il oktyabrın 16-da vəfat edib.

 

 

# 1170
avatar

Oxşar yazılar