"Astara kəndlərinin sosial problemləri həllini tapacaq"
11 iyul 2013 00:23 (UTC +04:00)

"Astara kəndlərinin sosial problemləri həllini tapacaq"

 APA-nın Cənub bürosunun məlumatına görə, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev son dövrlər  dağ kəndlərinin sosial problemlərinin həlli istiqamətində görülən işlərlə tanış olmaq məqsədi ilə Toradi və Hamoşam dağ kəndlərinin sakinlərin görüşünə gedib.

 

Görüş zamanı sakinlər 25 km-lik Pensər-Hamoşam-Toradi avtomobil yolunun uzun illərdən bəri əsaslı təmir olunmadığını, rayon mərkəzinə getmək üçün əhalinin xeyli vaxt sərf etməklə əziyyət çəkdiyini, payız-qış mövsümündə yollarda hərəkətin daha da çətinləşdiyini qeyd ediblər.

 

Toradi və Hamoşam kənd sakinlərini dinləyən icra başçısı Qəzənfər Ağayev onların rifah halının yaxşılaşdırılması, sosial problemlərinin həlli üçün ardıcıl tədbirlərin görüləcəyini bildirib.

 

Sonda icra başçısı Hamoşam kənd tam orta məktəbinin yeni inşa edilən binasında tikinti işlərinin gedişi ilə tanış olaraq, inşaatçılara tövsiyə və tapşırıqlarını verib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454
avatar

Oxşar yazılar